Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Şuşa Bəyannaməsi” Azərbaycan Türkiyə qardaşlığını, dosluğunu bir daha nümayiş etdirdi

0

  • Vüqar İsmayılov,YAP Xocalı rayon təşkilatının əməkdaşı  Azərbaycan tarixində 15
    İyun 2021-ci il əlamətdar gün kimi qalacaqdır.Bu tarixdə Azərbaycan,Türkiyə
    dövlətləri arasında mütəfiqlik haqqında “Şuşa Bəyannaməsi” imzalandı. “Şuşa Bəyannaməsi”   Azərbaycan Türkiyə qardaşlığını bir daha
    dünyaya sübut etdi. “Şuşa Bəyannaməsi”ni iki dövlətin liderləri Cənab Prezident
    İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladı. Azərbaycan və
    Türkiyə arasında imzalanmış “Şuşa Bəyannaməsi” iki ölkə arasında münasibətlərdə
    daha da inkişafa aparır. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və
    Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan
    etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıqdır.
    “Şuşa Bəyannaməsi”nin mahiyyəti ondan ibarətdir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə
    üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə,
    bir-birini qoruyacaqlar. Bu bəyannamə
    bütün dünyaya bir ismarıc veridi.Bəyannamədə iqtisadi-nəqliyyat sahəsində böyük yer verilib.

    Azərbaycan və Türkiyə
    arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin
    adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Bu
    layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi
    yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bu dəhlizin açılması ilə bütün
    qonşu dövlətlərin iqtisadiyyatına təkan verəcək. Dəhlizin açılması ilə Azərbaycan
    Türkiyə dövlətləri arasında dəmiryolu, avtomobil yolu qurulacaqdır. Zəngəzur dəhlizi
    böyük əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.

    “Şuşa Bəyannaməsi” öz
    mühüm amillərinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının
    dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət etmək məqsədini
    daşımaqdadır. Bu Bəyannamənin bəhrəsini hər iki dövlət gələcəkdə də görəcəkdir.

    Yaşasın Azərbaycan, Türkiyə
    qaraşlıqı, dostluğu!

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib32 dəfə
    “Şuşa Bəyannaməsi” Azərbaycan Türkiyə qardaşlığını dosluğunu bir daha nümayiş etdirdi

    Maraqlı gələ bilər
    34
    48